“Gənclik”dəki tuneldə “Lexus” aşdı

Ötən axşam Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, metronun “Gənclik” stansiyası yaxınlığındakı tuneldə “Lexus” markalı avtomobil aşıb. Tunellə Atatürk prospekti istiqamətində hərəkət edən maşın əvvəlcə divara dəyib, sonra zərbədən aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü yüngül xəsarət alıb. Sərxoş olduğu bildirilən sürücü yol polisi əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.


Qəza ilə əlaqədar tuneldə tıxac yaranıb

Yol polisi əməkdaşlarının səyi ilə avtomobillərin hərəkəti bərpa olunub. Qəza ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv