Həyətini qazdığı yerdə xəzinə tapdı - TARİXİ ƏŞYALAR

Goranboy sakini qazdığı su quyusundan qədim əşyalar tapıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayon sakini Vasif Məmmədov həyətinə traktor gətirərək qazıntı işi aparan zaman aqreqatın qarşısında qızıla bənzər əşyalar görünüb.

Ev sahibi dərhal işi saxladaraq, özü həmin ərazidə qazıntı işləri aparmağa başlayıb. Su quyusundan bəzək əşyaları və mis, gümüş pullar çıxıb.

35 yaşlı rayon sakini quyudan tapılan əşyalara marağın böyük olduğunu deyir. Həmin məkana baxış keçirən qohum-əqrəba oradan digər qiymətli əşyaların da çıxacağına ümid edir.

Müəllif | Apa.Tv
Apa.tv