“Jiquli” radar dirəyinə çırpıldı, sərnişin dünyasını dəyişdi

Ötən axşam Bakının Qaradağ rayonunda, Qobustan-Ələt magistral avtomobil yolunun Daşgül qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, 34 yaşlı İsgəndərov İsgəndər Yurdçu oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobili idarəetməni itirərək yolun kənarındakı radar dirəyinə çırpıb. Maşındakı sərnişin, 48 yaşlı Babayev Əsgər Minbər oğlu hadisə yerində dünyasını dəyişib.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Qaradağ rayonu üzrə xilasedicilər qrupu gəlib. Onlar maşında sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq, aidiyyatı üzrə təhvil veriblər.

 

Müəllif | Apa.Tv