Qəbələdə maşın ağaca çırpıldı - ÖLÜM
Qəbələ rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə dünən axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 79-cu kilometrliyində, Qəbələ rayonu ərazisində qeydə alınıb. Qəbələ rayonunun Xırxatala kənd sakini, 54 yaşlı Alıcanov İmran Fərman oğlunun idarə etdiyi “VAZ 21102” markalı minik maşını yoldan çıxaraq palıd ağacına çırpılıb. Qəza zamanı sürücü İmran Alıcanov dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.