Yəmənin keçmiş prezidenti öldürüldü - BÖLGƏ XAOSA SÜRÜKLƏNİR
Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh öldürülüb, evi partladılıb.
APA TV-nin məlumatına görə, onu İranın dəstəklədiyi husi üsyançılarının qətlə yetirdiyi bildirilir.
Keçmiş prezidentin ölümü rəhbərlik etdiyi Milli Xalq Konqresi tərəfindən təsdiqlənib. Salehin meyitinin görüntüləri də sosial mediada yayılıb. Bu görüntülərə əsasən, onun əvvəlcə silahla vurulduğu, sonra işgəncə verilərək öldürüldüyü iddia olunur.
Salehin ölümünün ardından açıqlama verən Səudiyyə Ərəbistanı mülki şəxsləri bölgəni tərk etməyə çağırıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Səna şəhərində İran səfirliyinə raketlə hücum olunub.