Bakıda “Mercedes” təmir gedən yolda qazılmış xəndəyə düşdü
Bakıda təmir gedən yolda maşın xəndəyə düşüb. APA TV-nin məlumatına görə, hadisə Nəsəfqulu Rəfiyev küçəsində qeydə alınıb. Babək prospekti istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü yolun sağında aparılan təmir işlərini görməyib və maşın boruların çəkilməsi üçün qazılmış xəndəyə düşüb. Hadisə baş verən vaxt təmir işləri davam edirmiş. Hadisə zamanı nə sürücü, nə də işləyən fəhlələr xəsarət almayıblar.
Sürücü APA TV-yə bildirib ki, yolda təmirlə bağlı heç bir nişan olmayıb və fəhlələr nişanı yol-nəqliyyat hadisəsindən sonra qoyublar. Fəhlələr isə bu iddianı təkzib edirlər.
Qeyd edək ki, Nəcəfqulu Rəhimov küçəsində təmir noyabrın sonlarından başlayıb və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə bu barədə xəbərdarlıq edib.