Bu ölkələrin vətəndaşlarına ABŞ-a giriş qadağandır - TRAMPIN FƏRMANI QÜVVƏYƏ MİNDİ

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qüvvəyə minməsi barədə qərar çıxarıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qərar fərmana qarşı qaldırılan iddialara baxılanadək müvəqqəti olaraq qüvvədə qalacaq.

 

D. Trampın fərmanı İran,  Liviya, Somali, Suriya, Çad və Yəmən vətəndaşlarının ABŞ-a gəlişinə qadağanı nəzərdə tutur. Digər fərmanla D.Tramp Şimali Koreya vətəndaşları və Venesuela məmurlarının ABŞ-a girişinə qadağa qoyub.

 

Beləliklə, Ali Məhkəmə yekun qərar verənə qədər D.Trampın fərmanı icra olunacaq.

 

Qeyd edək ki, oktyabrın 17-də ABŞ-ın Havay ştatında federal hakim D.Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasına qadağa qoyub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı