İslam dünyası Trampa qarşı birləşdi: ƏLAQƏLƏRİ KƏSƏRİK!

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar.

 

APA TV-nin məlumatına görə, bu barədə "Associated Press" yazıb.

 

İƏT-dən bildiriblər ki, qurumun üzvü olan 57 dövlət səfirliyini Tel-Əvivdən Qüdsə köçürən ölkə ilə əlaqələri tam kəsəcək.

 

"Bu addım bütün ərəb ölkələri və müsəlman dünyasına qarşı açıq təcavüz kimi qiymətləndiriləcək" - deyə, təşkilatın yaydığı açıqlamada bildirilib.

  

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, ABŞ-ın bu qərarı gərginlik və qarşıdurmalara səbəb olacaq: "ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəməsi ciddi narahatlıq doğurur".

 

Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat veriləcəyi gözlənilirdi. Lakin son məlumata görə, D.Tramp bu qərarını təxirə salıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı