Dərnəgüldəki TİKİNTİ MATERİALLARI ANBARINDA YANĞIN

Bakıda böyük yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yanğın paytaxtın Nərimanov rayonunda, Dərnəgül-Baksol yolundakı tikinti materialları anbarında qeydə alınıb. Yanğın 260 kvadratmetr ərazini əhatə edib.


Yanğının əhatə etdiyi ərazi böyük olduğundan və anbara tez alışan taxta materialları yığıldığından alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Xidmətinin Bakının bir neçə rayonundakı hissələrindən briqadalar cəlb edilib. İlkin məlumata görə, 200 kvadratmetr sahədə preslənmiş taxta yonqar və 60 kvadratmetr sahədə talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın bir neçə saat sonra, gecə saat 02.00 radələrində söndürülüb.

Yanğının nədən qaynaqlandığı hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv