Tərəfdarları Saakaşvilini polisin əlindən aldı - AZADLIQDADIR

Kiyevdə bir neçə saat əvvəl saxlanılmış Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili azadlıqdadır.

 

APA TV-nin məlumatına görə, bu barədə görüntülər M. Saakaşvilinin "facebook" səhifəsində canlı yayımda nümayiş olunub.

 

Mixeil Saakaşvilinin tərəfdaşları onu Ukrayna güc strukturlarına məxsus mikroavtobusdan çıxarıblar. Saakaşvili güc strukturlarının əməkdaşlarının əlindən çıxaraq tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb.   

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd