Fazil Məmmədov vəzifədən azad edildi, Mikayıl Cabbarov vergilər naziri təyin olundu

Azərbaycan prezidenti İlham Əliyev bu gün hökumətin tərkibində dəyişikliklər edib.

 

APA TV-nin məlumatına görə, prezident vergilər naziri Fazil Məmmədovun və təhsil naziri Mikayıl Cabbarovun tutduğu vəzifələrdən azad olunması haqqında sərəncamlar imzalayıb.

 

Prezidentin digər sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri təyin edilib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı