Bərdə-Yevlax yolunda "Lada" bir neçə dəfə çevrildi - SƏRNİŞİN ÖLDÜ
Bərdədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə Yevlax-Bəhramtəpə yolunun Bərdənin Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, sürücünün idarəetməsindən çıxan “VAZ 2110” markalı avtomobil bir neçə dəfə aşıb. Nəticədə avtomobildə olan sərnişin rayonun Ləmbəran kənd sakini, 69 yaşlı Dünya Məmmədova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.