Azərbaycan "Royalbank"ın 29 yaşlı DİREKTORUNU İNTERPOLA AXTARIŞA VERİB

Azərbaycanda bank direktoru beynəlxalq axtarışa verilib.  Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, ötən il fəaliyyəti dayandırılmış “Röyal Bank”ın direktoru, 29 yaşlı Fuad Cam mənimsəmədə ittiham olunur.  Bir neçə ölkənin vətəndaşlığını daşıyan Fuad Camın hazırda ABŞ-da olduğu ehtimal olunur. O, bir neçə dəfə istintaqa dəvət olunsa da, boyun qaçırıb və buna görə də barəsində məhkəmənin hökmü ilə dövlətlər arası axtarış elan edilib.  Fuad Əli oğlu Camım beynəlxalq axtarışa verilməsi barədə məlumat İnterpolun saytında da yerləşdirilib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

 

Fuad Cam “Royal Bank”ın direktoru, bankın Müşahidə Şurasının sədri isə onun atası Əli Cam olub. Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə 2012-ci ildə “Royal Bank”ın lisenziyası ləğv edilib.

Müəllif | Apa.Tv