Bakıda piyadanı maşın vurub, sürücü saxlanılıb

Quba rayon sakini paytaxtda yol qəzası zamanı xəsarət alıb. APA TV xəbər verir ki, onu minik avtomobili vurub.

Məlumata görə, avtoqəza Binəqədi rayonunda qeydə alınıb. Binəqədi-Biləcəri yolunda baş vermiş hadisə nəticəsində yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Şirəliyev Müzəffər Fərid oğlu "Mercedes" markalı avtomobilin zərbəsinə tuş gəlib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Sürücü artıq saxlanılıb və ifadəsi alınıb. Yol qəzasının təfərrüatları araşdırılır.

Müəllif | Apa.Tv
Sərxan Kamallı