ABŞ məktəblərinin birində yenə atışma olub - ÖLƏNLƏR VAR

ABŞ məktəblərində silahlı insidentlər artıq adi hal alıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu dəfə Nyu-Meksiko ştatındakı məktəblərdən birində atışma olub. İnsident nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

Ölənlərin arasında məktəblilərin olub-olmamasına dair məlumat yoxdur. San-Xuan dairəsinin şerifi Ken Kristenenin sözlərinə görə, atəş açan şəxs də ölüb. Ancaq onun ölənlərin arasında olub-olmadığı dəqiqləşdirilməyib.

Hadisənin səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv