Kaliforniyada meşə yanğınları: 200 min insan köçürüldü

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları tüğyan edir. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, onlarla yaşayış məntəqəsi təhlükə ilə üz-üzədir.

Yanğın bəzi yaşayış məntəqələrində yüzlərlə evi külə döndərib. Artıq 200 min insan təxliyə edilib. Los-Anceles ətrafında 250 məktəb bağlanıb.

Hadisə bölgəsinə xeyli yanğınsöndürən və xilasedici cəlb edilib, yanğının söndürülməsi üçün helikopter və təyyarələrdən da müdaxilə edilir. Lakin hava şəraitinin əlverişsiz olması yanğının ram edilməsinə mane olur.


 

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd