Donald Tramp: "Mən verdiyim sözü yerinə yetirdim"

"Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsinə dair qərarımla öz vədimi yerinə yetirdim".

 

APA TV-nin məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp şəxsi "Twitter" səhifəsində yazıb.

 

O, özünü ABŞ-ın sabiq dövlət başçıları ilə müqayisə edərək deyib ki, onlardan fərqli olaraq, ABŞ səfirliyinin Qüdsə köçürülməsinə dair vədini yerinə yetirib.

 

Tramp "twit"inin altında ABŞ-ın sabiq prezidentləri Bill KlintonCorc Buş və Barak Obamanın Qüdsə dair çıxışları olan video da yerləşdirib. 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd