Bakıda tələbənin meyiti tapıldı - DƏM QAZI FACİƏSİ

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

 

APA-nın məlumatına görə, paytaxtın Nizami rayonu, Çobanzadə küçəsi, ev 59, mənzil 21 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Tural Nəbi oğlu Həsənovun meyiti vanna otağında aşkarlanıb.

 

Onun dəm qazından boğularaq öldüyü ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, T.Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi olub.

Müəllif | Apa.Tv
Ayşən Əhməd