Duman və çiskin olacaq, şaxta gözlənilir
Bakı və Abşeron yarımadasında dekabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
ETSN-dən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 2-5, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 11-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.