Rəsmi İslamabad: "Sərhədlərimizi pozan təyyarələr vurulacaq"

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Süheyl Aman ABŞ başda olmaqla, ölkəsinin hava sərhədlərini pozan təyyarələrin vurulacağını açıqlayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, komandan bunun iki həftə əvvəl ABŞ-a aid PUA ilə Əfqanıstanla sərhəddə iki dinc sakinin öldürülməsinə cavab xarakteri daşıdığını bildirib.

 

O deyib ki, bundan sonra kimsə ölkəsinin hava sərhədlərini, ərazi bütövlüyünü poza bilməyəcək:

 

"Əgər bu baş verərsə, cavabımız çox sərt olacaq".


Qeyd edək ki, Xarici İşlər Nazirliyi də ölkəyə qarşı istənilən hücum cəhdinin qarşısının alınacağını bəyan edib.

 


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov