Azərbaycana qədim sikkələrin keçirilməsinin qarşısı alındı! - QAÇAQMAL

Ufa aeroportunda qanunsuz yolla Azərbaycana qədim pullar keçirmək cəhdinin qarşısı alınıb. APA TV-nin məlumatına görə, hava limanında gömrük yoxlanışı zamanı sərnişinlərdən birinin çantasından 1845, 1899, 1904 və 1924 illərə aid 4 pul sikkəsi tapılıb. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu sikkələr ən azı 50 il bundan qabaq hazırlandıqları üçün sikkələr mədəni irsə aid edilir. Sikkələr bəyyannamədə göstərilmədiyi üçün gömrükçülər onları müsadirə edərək ekspertizaya göndəriblər. Pulları Azərbaycana keçirmək istəyən şəxsə qarşı isə inzibati qanun pozuntusu ilə bağlı iş açılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv