Goranboyda mal-qara oğurlayan şəxslər tutuldu

Goranboyda mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri saxlanılıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, Alpoud kənd sakini Əlvan İsgəndərov Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus 6 baş iri buynuzlu mal-qaranın oğurlandığını bildirib.

 

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Araşdırmalarla onların Mingəçevir şəhər sakinləri Zaur Hüseynov və Elçin Əliyev olması müəyyən edilib.

 

Dindirilmə zamanı saxlanılan şəxslər oğurladıqları mal-qaranın yerini istintaqa təqdim ediblər. Bundan başqa, əvvəllər məhkum olunmuş Elçin Əliyevin rayon ərazisində digər oğurluq hadisələrində iştirak etməsi də müəyyən olunub.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli