Gəncədə avtobus 73 yaşlı qadını vurub öldürdü

Gəncədə 73 yaşlı qadını avtobus vuraraq öldürüb. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisində baş verib.

 

Şəhər sakini, 1944-cü il təvəllüdlü Nərgiz Hüseyn qızı Ələsgərova 11 saylı xətt üzrə sərnişin daşıyan "İsuzu" markalı avtobus tərəfindən vurulub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

 

 

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli