Azərbaycan Türkiyədən özüyeriyən haubitsa alacaq - SİLAHLANMA

Azərbaycanın Türkiyəyə sifariş verdiyi T-155 «Fırtına» özüyeriyən haubitsaların gələn il çatdırılmasına başlanacaq. Türkiyənin Makina və Kimya Sənayesi Qurumundan APA-ya verilən məlumata görə,  hazırda adı açıqlanmayan ölkənin istehsalı olan mühərriklər tərəflərin iştirakı ilə sınaqdan keçirilir və sınaqlar effektiv nəticələr verəcəyi təqdirdə mühərriklər hazır sistemlərin üzərinə yerləşdirilməklə Azərbaycana yola salınacaq.

 

Şirkət özüyeriyən haubitsaların istehsalı üzrə işləri davam etdirir. Ümumilikdə Azərbaycanın Türkiyə ilə bağladığı T-155 «Fırtına» kontraktına 36 ədəd özüyeriyən haubitsanın və onların yükləyicilərinin çatdırılması daxildir.

 

Tərəflər arasında müqavilə 2011-ci ildə imzalanıb. Lakin «Fırtına»nı mühərriklə təchiz edən Almaniyanın MTU şirkəti Ermənistanla silahlı münaqişə ilə bağlı ölkələri tərəfindən qoyulan embarqonu əsas gətirərək Azərbaycanın sifariş verdiyi döyüş texnikalarına mühərrik verməkdən imtina edib.

 

Azərbaycan tərəfi mühərrik problemi həll olunarsa, T-155 «Fırtına» sifarişini artırmaq niyyətindədir.

 

Müəllif | Apa.Tv
Apa.tv