Qaxda beşotaqlı ev külə döndü

Qaxda fərdi yaşayış evi yanıb. APA TV-nin məlumatına görə, hadisə dekabrın 10-da axşam saatlarında rayonun Dəymədağlı kəndində baş verib.

 

Yanğın kənd sakini Seyfəddin Nurəddin oğlu Hacıyevə məxsus, ümumi sahəsi 165 kv. m olan 5 otaqdan ibarət kürsülü, birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

 

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Həyətdə olan digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov