Şimali Koreyaya güc nümayişi - 3 ÖLKƏ BİRGƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLADI

ABŞ, Yaponiya və Cənubi Koreya hərbi dəniz qüvvələri iki günlük təlimlərə başlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Yaponiyanın Müdafiə Nazirliyi açıqlayıb.

 

Hərbi manevrlərdə Şimali Koreyanın raket buraxılışı zamanı tərəflər arasında informasiya mübadiləsi, Yaponiya Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və digər taktiki əməliyyatlar yerinə yetiriləcək.

 

Təlimlərə erkən aşkarlanma sisteminə malik "Stethem", habelə Cənubi Koreya donanmasına aid hərbi gəmilər cəlb olunub.

 

Qeyd edək ki, 4-8 dekabr tarixlərində keçirilən hərbi təlimlər ən genişmiqyaslı manevrlər kimi tarixə düşüb. Rəsmi Pxenyan isə bu hərbi aktivliyi Şimali Koreyaya zərbə endirilməsinə hazırlıq kimi dəyərləndirib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov