Türkiyəyə təslim olan YPG üzvü: "Kürdlər İŞİD üzvlərinə sənəd satıb, sərbəst buraxdı"

Kürdlər İŞİD üzvlərinə sənəd satıb, sərbəst buraxıblar

 

"Rəqqada olduğu kimi Menbiçdə də İŞİD-lə razılaşma əldə olunub".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikri Suriya Demokratik Qüvvələrinin (SDQ) Türkiyəyə qaçan keçmiş sözçüsü Talal Silo bildirib.

 

Əsas hissəsi PKK-nın Suriya qolu olan YPG  döyüşçülərindən təşkil olunan SDQ  ilə İŞİD arasında Rəqqada imzalanan razılaşmaya görə, yüzlərlə terrorçu, onların ailəsi, böyük cəbbəxana ilə birlikdə şəhəri tərk edib. Şəhərdən çıxan İŞİD terrorçuları arasında xarici döyüşçülər də olub.

 

"BBC Türkcə"nin xəbərinə görə, ötən ay Türkiyəyə qaçan Silo bildirib ki, Rəqqadakına bənzər razılaşma Menbiçdə də imzalanıb. Talal Silo iddia edir ki, razılaşma əsasında iki min İŞİD döyüşçüsü Menbiçdən rahatlıqla çıxıb: "Menbiçdən təxminən 2000 terrorçu qaçdı. Onlar ərazini tərk edərkən oradaydım. Onlar SDQ komandirlərindən sənəd ala bildilər".

 

Keçmiş sözçü, SDQ-nin sıravi İŞİD döyüşçülərinə "öz nəzarətlərindəki torpaqlarda sərbəst səyahət edə bilmələri üçün 200 dollara səyahət sənədi"ni 200 dollara, komandirlərə isə bu sənədin daha baha qiymətə satdığını bildirir.

 

"Times" yazır ki, "Silo türklər üçün əvəzolunmaz və vacib bir şəxsdir, amerikalıları isə utandırır".

 

Qeyd edək ki, Silo əvvəlki müsahibələrində "YPG-nin ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurkın istəyi ilə SDQ olaraq formalaşdırıldığını" bildirmişdi.

Müəllif | Apa.Tv
Apa.tv