Səudiyyə Ərəbistanında daha bir qadağa götürüldü

Səudiyyə Ərəbistanda kinoteatr qadağası aradan qalxıb.

 

APA TV-nin məlumatına görə, kralın varisi, şahzadə Məhəmməd bin Salmanın başlatdığı loyal İslam ölkəsinə çevrilmə prosesi davam edir. Ölkədə son 20 ildə kinoteatrlar bağlanmışdı.

 

Mədəniyyət və informasiya naziri Avvad bin Salih Alavvad lisenziyaların alınması üçün işlərin başladığını, "ilk kinoteatrın 2018-ci ilin martında açılmasının gözlənildiyini" deyib.

 

Qeyd edək ki, şahzadə Salmanın başlatdığı dəyişiklər çərçivəsində sentyabrın 26-da qadınlara avtomobil idarə etmək haqqında qanun qəbul olunub. Daha sonra qadınların kişilərlə birgə idman yarışlarını izləməsinə də icazə verildi.

Müəllif | Apa.Tv
Elvin Bayramlı