Nyu-Yorkda partlayış baş verib, yaralılar var

ABŞ-ın Nyu-York şəhərində partlayış baş verib.

 

APA TV-nin məlumatına görə, bu barədə Nyu-York polisi öz “Twitter” səhifəsində yazıb.

 

Hadisənin Manhettendəki avtobus dayanacağında baş verdiyi bildirilir. Partlayış zamanı yaralıların olduğu deyilsə də, onların dəqiq sayı barədə informasiya yoxdur.

 

Qeyd edək ki, hazırda ərazi mühasirəyə alınıb və kənar şəxslərin girişinə icazə verilmir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov