Saakaşvili azadlığa buraxıldı - MƏHKƏMƏDƏN MEYDANLARA

Kiyev məhkəməsi Odessa vilayətinin sabiq başçısı və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib.

APA TV-nin “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, hakim Saakaşvilini Ali Rada deputatlarının zaminliyi ilə sərbəst buraxıb.

Məhkəmənin növbəti iclası dekabrın 14-də keçiriləcək.

Qeyd edək ki, Mixail Saakaşvili dekabrın 8-də Kiyevdə saxlanılıb. O, Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.

Müəllif | Apa.Tv
Apa.tv