Beş nəfərin əlbəyaxa davasında 2 həmyaşıd bıçaqlandı - BAKIDA
Paytaxtda kütləvi dava zamanı bıçaqlanma olub. APA TV xəbər verir ki, qanlı hadisə gecə saatlarında Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 26 ünvanında baş verib.
Kütləvi əlbəyaxa dava 5 nəfərin arasında qeydə alınıb və 1985-ci il təvəllüdlü Ələkbərov Ruslan İsrafil oğlu ilə onun həmyaşıdı Qurbanov Tural Hacıməmməd oğlunun bıçaqlanması ilə nəticələnib. Hər iki yaralı xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Onlardan T.Qurbanovun vəziyyətinin ağır olduğu deyilir.
Hadisənin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır.