Nyu-Yorkda avtobus terminalında partlayış törədənin GÖRÜNTÜSÜ

Nyu-Yorkda partlayış törədən şəxsin görüntüsü yayılıb. APA TV xəbər verir ki, partlayıcı qurğunu işə salan 27 yaşlı Banqladeş vətəndaşı Akayed Ullah olub.

Bundan əvvəl polis Manhettendə avtobus terminalında törədilən partlayışı terrorla əlaqələndirib. Hazırda polis və prokurorluq Akayed Ullahın başqa cinayətkarlarla əlaqəsinin olub-olmadığını araşdırır.

Qeyd edək ki, Nyu-Yorkda partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri hadisəni törədən şəxsdir.

Müəllif | Apa.Tv
Sərxan Kamallı