Putinlə Ərdoğan Ankarada görüşdü - MÖVZU SURİYA VƏ QÜDS OLDU
Rusiya dövlət başçısı Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib.
APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Putin və Ərdoğan ikitərəfli əməkdaşlığın aktual məsələlərini, ilk növbədə enerji sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə etməyi planlaşdırıb.
Bundan başqa, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyət, Suriyada nizamlanma prosesi və Qüds problemi daxil olmaqla, beynəlxalq məsələlər üzrə fikir mübadiləsinin aparılmasını nəzərdə tutub.
İki prezident arasında Ankarada keçirilən danışıqlar iki saata yaxın davam edib. Danışıqların həm dar, həm də geniş formatda aparıldığı bildirilir.