Qarabağda erməni əsgəri öldü - BİRİ DİGƏRİNİ GÜLLƏLƏDİ
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər xidmət yoldaşını güllələyib.
APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 11-də saat 19:30-da, təmas xəttinin şimal istiqamətində baş verib.
1996-cı il təvəllüdlü Narek Adibekyan xidmət yoldaşının açdığı atəş nəticəsində ölüb.