Neft Daşlarında dəhşətli qətl: NEFTÇİ İŞ YOLDAŞINI ÖLDÜRDÜ

Dekabrın 12-də saat 11:50 radələrində Neft Daşlarında SOCAR-ın "Neftqaztikinti" Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

 

SOCAR-dan APA TV-yə verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.

 

A. Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

 

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd