Avstriyada qaz anbarında dəhşət: AVROPANIN BİR NEÇƏ ÖLKƏSİNƏ NƏQL DAYANDIRILDI

Avstriyada iri qazpaylayıcı anbarlardan birində partlayış olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə ölkənin Baumqarten anbarında qeydə alınıb.

Partlayış zamanı 1 nəfər ölüb, 60 nəfər yaralanıb. Onlardan 18 nəfərin vəziyyəti ağırdır.

Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Əraziyə giriş-çıxış və yaxınlıqdan keçən yollar bağlanıb.

Hadisənin səbəbləri və nə qədər ərazini əhatə etdiyi barədə hələlik məlumat yoxdur.

Partlayış səbəbindən anbardan "mavi yanacaq" ötürülən İtaliya, Sloveniya və Macarıstana nəql dayandırılıb. 

Müəllif | Apa.Tv
Nigar Həsənli