Hacıqabulda ana və iki övladı dəm qazından boğuldu - AİLƏ FACİƏSİ
Hacıqabulda dəm qazı ailə faciəsinə səbəb olub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 33 yaşlı Ləman Eldar qızı Əliyeva yaşadığı evin hamamında 2013-cü il təvəllüdlü qızı Əliyeva Firuzə Vaqif qızı və 2014-cü il təvəllüdlü oğlu Əliyev Yusif Vaqif oğlu ilə birgə dəm qazından boğularaq ölüb.
Hamamdan gec çıxdıqlarını hiss edən yaxınları onların meyitlərini aşkar ediblər.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.