Gəncədə 15 yaşlı oğlan bıçaqlandı

Gəncədə bıçaqlanma olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Dədə Qorqud prospektində qeydə alınıb.

 

2002-ci il təvəllüdlü Elvin Aqşın oğlu Nuriyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

E.Nuriyevin mübahisə zəminində dostu tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli