Binəqədi polisi Xocasəndə oğru tutdu

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən fərdi yaşayış evlərindən oğurluq edən şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. APA TV xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayətləri törətməkdə şübhəli bilinən Xocasən qəsəbə sakini Zaur Abbasov saxlanılaraq məsuliyyətə cəlb edilib.

İlkin ifadəsi Z.Abbasov Binqədi rayonu ərazisində 10-a yaxın fərdi yaşayış evindən oğurluq etdiyini bildirib. Araşdırma zamanı onun qeyd edilən evlərdən məişət əşyaları, naqillər və digər ləvazimatlar oğurladığı məlum olub.

Qeyd edilən faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif | Apa.Tv
Sərxan Kamallı