İranda yenə güclü zəlzələ oldu
İranın şərqində 6,2 bal gücündə zəlzələ olub. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.
Təkanlar yerli vaxtla 21:11-də qeydə alınıb. Zəlzələnin ocağı 40 km dərinlikdə olub.
Dağıntı və xəsarət alanlar barədə məlumat hələ ki daxil olmayıb.