HƏMAS ABŞ və İsrailə qarşı üçüncü İntifadanı elan etdi
Fələstinin HƏMAS hərəkatı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanınmasına dair qərarından sonra üçüncü İntifadanın başlandığını bəyan edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə hərəkatın mətbuat katibi Abdulativ Alkanu bildirib.
"Etirazların davam etdirilməsi və qərarın ləğv olunması üçün ABŞ-a təzyiq göstərilmək məqsədilə üçüncü İntifadanın başlandığını bəyan etdik. İntifada çərçivəsində Qəzza zolağında etiraz dalğası daha genişləndirilir. Bu üçüncü İntifadadır" - deyə, A.Alkanu bildirib.
Xatırladaq ki, birinci İntifada (fələstinlilərin İsrail işğalına qarşı müqaviməti) 1987-1991-ci illəri, İkinci İntifada isə 2000-2005-ci illəri əhatə edib.