Şimali Koreya ABŞ-ın təklifini rədd etdi: Biz ən güclü nüvə dövləti olmalıyıq
"Şimali Koreya dünyada ən böyük nüvə gücü olmalıdır". APA TV-nin Rusiya mətbuatına istinadən rəsmi Pxenyanın bu bəyanatı ölkənin mərkəzi televiziyasında səslənib.
Telekanalda səslənən fikirlər isə ölkənin lideri Kim Çen Ina məxsusdur. O, bir müddət əvvəl həyata keçirilən "Hvanson-15" qitələrarası ballistik raketin sınağını bir daha xalqın qələbəsi kimi dəyərləndirib.
O, ABŞ-ın danışıqlar təklifini ciddi qəbul etmədiklərini bildirib.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson ölkəsinin Şimali Koreya ilə danışıqlara hazır olduğunu bəyan edib.