Goranboyda dəhşətli qəza: 3 ölü - İKİSİ QARDAŞDIR
Goranboyda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Qaraqucaq kəndi ərazisində qeydə alınıb.
Ağır tonnajlı “Shacman” markalı yük avtomobilinin “VAZ-2106” markalı minik avtomobilinə çırpılması nəticəsində “VAZ”da olan 3 nəfər - sürücü Elçin Əsgərov, sərnişinlər - sürücünün qardaşı Tural Əsgərov və Kamil Qəhrəmanov hadisə yerində ölüblər. Əraziyə FHN-in xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.