Neft qiyməti 64 dollar civarında dəyişir

Sutka ərzində neftin qiymətlərində ciddi ucuzlaşma baş verib.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft sutka ərzində 2,50 dollar ucuzlaşıb. Gecə saatlarında yenidən bahalaşmağa başlayan "Brent" nefti hazırda 63,97 dollardan satılır.

 

WTİ nefti də gün ərzində ciddi ucuzlaşmadan sonra yenidən bahalaşmağa başlayıb. Dünən 58,44 dollardan satılan Qərbi Texas nefti, hazırda 57,59 dollardan təklif olunur.

 

ABŞ-da özəl sektorun açıqladığı hesabata görə, ölkədə neft ehtiyatlarının ardıcıl dördüncü həftə azalacağı gözlənilir. Amerika Neft İnstitutunun hesabatında ehtiyatların ötən həftə 7,38 milyon barel azaldığı qeyd olunur. Bu gün rəsmi rəqəmlər açıqlanacaq. Rəsmi hesabatda da ehtiyatların düşəcəyinin göstəriləcəyi gözlənilir.

 

Qiymətlərin 50 dollardan yüksək olması ABŞ-da neft istehsalını artırmağa şərait yaradır. 2018-ci ildə ölkədə günlük ortalama istehsalın 10,02 milyon barelə çıxacağı proqnozlaşdırılır. Bu, indiyə kimi olan rekordları yeniləyə bilər.

Müəllif | Apa.Tv
Elvin Bayramlı