Rusiyadan Ərdoğana badalaq: Qüdslə bağlı mövqeyiniz bizim mövqeyimizlə üst-üstə düşmür
"Türkiyə prezidenti Ərdoğanın Qüdslə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür".
APA TV-nin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
"Biz Türkiyənin mövqeyi ilə tanışıq. Hazırda bu mövqe Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Rusiyanın Qüds və Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi məlumdur" - deyə, o vurğulayıb.
Qeyd edək ki, bu gün İƏT-in İstanbulda keçirilən fövqəladə sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsü Fələstinin işğal altında olan paytaxtı kimi tanımağa çağırıb və İsraili terrorçu dövlət adlandırıb.