Balıqçının tilovu elektrik naqilinə ilişdi - LƏNKƏRANDA FACİƏ

Lənkəranda göldən balıq tutmaq istəyən şəxs bədbəxt hadisənin qurbanı olub. Onu elektrik cərəyanı vurub.

APA TV-nin cənub bürosunun xəbərinə görə, bədbəxt hadisə axşam saatlarında rayonun Girdəni kəndində baş verib. Rusiya vətəndaşı olan 52 yaşlı Tahir Əliyev əmisi oğlu ilə birlikdə kəndin meşə ərazisində yerləşən göldən tilovla balıq tutmağa gedib. Ancaq o, gölə tilov atmaq istəyərkən qamışın ucu gölün ərazisindən keçən yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb və T.Əliyevi cərəyan vurub. Nəticədə üç uşağ atası hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, mərhum T.Əliyev kiçik övladının toyunda iştirak etmək, böyük övladını isə hərbi xidmətə yola salmaq üçün Rusiyadan doğulduğu kəndə qonaq gəlibmiş.

Artıq hadisə ilə bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Sərxan Kamallı