ABŞ-da yük maşını məktəb avtobusuna çırpıldı - YARALILAR VAR
ABŞ-ın Florida ştatında yük maşını məktəb avtobusuna çırpılıb. APA TV-nin xəbərinə görə, bu barədə ABC telekanalı məlumat verib.
Haylends dairəsində baş verən qəza nəticəsində müxtəlif dərəcəli xəsarət alan 22 nəfər xəstəxanaya yerləşdirilib. İki məktəblinin ağır vəziyyətdə olduğu bildirilir. Digərləri ambulator müayinədən sonra evə buraxılıb.
İlkin məlumata görə, avtobus məktəbliləri mindirmək üçün yol kənarında dayanan zaman arxadan gələn yük maşını onu vurub.