Canet Yellen "Bitcoin" haqqında: "Biz bu kriptovalyutanı yüksək dərəcəli..."
"Bitcoin" etibarsız, yüksək dərəcəli spekulyativ aktivdir və o çirkli pulların yuyulmasında istifadə oluna bilər".
APA TV-nin məlumatına görə, bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) başçısı Canet Yellen bəyan edib.
"Hazırda beynəlxalq hesablaşmalarda "bitcoin" cüzi yer tutur. Həmçinin "bitcoin" qanunvericiliklə tənzimlənməyən qeyri-sabit mənfəət mənbəyi kimi səciyyələndirilir. Federal Ehtiyatlar Sistemi "bitcoin"lə bağlı hər hansı tənzimləyici rol oynamaq fikrində deyil" - deyə, C.Yellen bildirib.
C.Yellen həmçinin banklara qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinə qarşı çıxmağın vacibliyini xatırladaraq bəyan edib ki, çirkli pulların yuyulmasında "bitcoin"dən də istifadə oluna bilər.