İsrail HƏMAS bazalarını vurdu, sərhəd məntəqələrini bağladı

İsrail hərbçiləri Qəzza zolağından atılan iki raketi vurub, daha bir raket sərhədyanı boş əraziyə düşüb.

 

APA TV-nin məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

 

"Dəmir Günbəz" havadan müdafiə sistemi Qəzza zolağından Sderot şəhəri istiqamətində atılan iki raketi vurub. Hadisə nəticəsində zərərçəkən olmayıb.


İsrail hərbçiləri isə raket atəşinə cavab olaraq Qəzza zolağını bombalayıb. Hərbi aviasiya HƏMAS hərəkatına məxsus üç obyektə zərbələr endirib. Həmin obyektlərdən təlim mərkəzləri və silah-sursat anbarları kimi istifadə olunduğu bildirilib.

 

Bu arada İsrail hökuməti Qəzza zolağı ilə sərhəddə iki sərhəd buraxılış məntəqəsini bağlayıb. Buna səbəb kimi son günlər Qəzza zolağından İsrail ərazisinin raketlərdən atəşə tutulması göstərilir.

 

"Erez" və "Kərəm Şalom" sərhəd keçidləri humanitar hallar istisna olmaqla, insanların və malların buraxılması üçün bağlanıb. Keçidlərin nə vaxt açılacağı barədə məlum verilmir. 



 

Müəllif | Apa.Tv
Nigar Həsənli