Pens İsrailə səfərini təxirə saldı - ABŞ-DAN GERİ ADDIM?

ABŞ vitse-prezidenti Mayk Pens İsrailə planlaşdırılan səfərini təxirə salıb. APA TV-nin məlumatına görə, bu barədə İsrailin "Haaretz" qəzeti yazıb.

Onun bu qərarı Yaxın Şərqdə yaranan gərginliklə əlaqədardır. Pensin dekabrın 18-də Knessetdə çıxışı nəzərdə tutulurdu. İsrail Xarici İşlər Nazirliyindən isə ABŞ rəsmisinin ayın 20-də səfərini gerçəkləşdirəcəyi açıqlanıb.

Xatırladaq ki, bölgədə vəziyyət dekabrın 6-da ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra gərginləşib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı